BDU-nun dosenti vəfat etdi - FOTO
26 Noyabr 2024
20:56 - 20 Oktyabr 2022
Oktyabrın 18-də Ermənistanın müdafiə naziri Suren Papikyan Hindistana səfər edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, səfər silah almaq məqsədi daşıyır. Eyni zamanda İranın Ali Rəhbərinin hərbi məsələlər üzrə köməkçisi general-mayor Yəhya Rəhim bildirib ki, Ermənistan da İrandan PUA-lar almaq istəyən ölkələr arasındadır və bütün bunlar İrəvanın sərhəddə beynəlxalq müşahidəçilər yerləşdirmək istəyi fonunda baş verir.
Bəs Paşinyan nəyə hazırlaşır və Rusiyanın buna mövqeyi necə olacaq?
İqor Korotçenkonun sözlərinə görə, avropalı müşahidəçilər sərhəddə öz missiyasını yerləşdirdikdən sonra Ermənistan açıq-aydın Azərbaycana qarşı yeni silahlı təxribatlar törədəcək.
“Məqsəd sonradan baş verənlərdə Bakını günahlandırmaq və Cənubi Qafqazda status-kvonu dəyişdirməyə cəhd etməkdir. Bunun üçün isə Ermənistanın İkinci Qarabağ müharibəsi zamanı əhəmiyyətli dərəcədə zədələnmiş Silahlı Qüvvələrinin potensialını artırmaq məqsədilə kamikadze pilotsuz aparatlarına və digər silah sistemlərinə ehtiyacı var”, - deyə hərbi ekspert qeyd edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin