Türkiyədə sel səbəbindən 1700-dən çox vətəndaş evakuasiya olundu

13:01 - 13 Avqust 2021

Türkiyədə sel səbəbindən 1700-dən çox vətəndaş evakuasiya olundu

Türkiyədə sel fəlakəti nəticəsində dağıntıların yaşandığı şəhərlərdən 1 720 vətəndaş evakuasiya olunub.

Manset.az  xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun tviter səhifəsində məlumat verib.

“Bartında 323, Kastamonuda 925, Sinopda 472 vətəndaşımız helikopter və qayıqlarla təhlükəsiz bölgələrə təxliyə edilib”, - F.Altun qeyd edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sel fəlakəti yaşanan bölgələrə səfər edərək vəziyyətlə yerində tanış olacağı vurğulanıb. Bilidirilib ki, hazırda zəruri tədbirlər davam etdirilir.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin