Azərbaycanda 12 yaşlı qız evləndirildi - 2 il sonra ikinci hamiləliyini yaşadı
25 Noyabr 2024
21:55 - 12 Avqust 2021
Türkiyənin hər yerində baş verən meşə yanğınlarından sonra evləri və əşyaları ziyan görən ailələrə yardım çatdırma kampaniyaları davam edir. Bu çərçivədə, Türk Dini Vəqfinin Sakarya Bölümü tərəfindən başladılan yardım kampaniyasına ən mənalı dəstək 12 yaşındakı Zeynep Ündən gəldi. Sakaryanın Pamukova mahalında yaşayan 12 yaşlı bir qız, yığdığı pul ilə hazırladığı ərzaq paketini meşə yanğınlarından ziyan görən insanlara göndərdi.
Manşet.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, paketdəki məktub oxuyanları kədərləndirdi.
Böyük ürəkli balaca qız məktubunda “Mən Zeynep, 12 yaşım var. Sizə Pamukova Sakaryadan bir yardım paketi göndərirəm. Kaş daha çox kömək edə biləydim. Fəlakət bölgəsini televiziyada böyük bir kədərlə izləyirəm. Yanğınların ən qısa zamanda sönməsi üçün dua edirəm.
"Allah sizin köməkçiniz olsun, Allaha əmanət olun. "
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin