Azərbaycanda 12 yaşlı qız evləndirildi - 2 il sonra ikinci hamiləliyini yaşadı
25 Noyabr 2024
20:49 - 12 Avqust 2021
Qazaxıstanda insanların covid peyvəndindən yayınmaları və nəticədə ölkədə pandemiyanın kəskin vəziyyət alması ilə əlaqədar xüsusi tədbirlər hazırlanır.
Manşet.az medicina.az-a istinadən bildirir ki, hökumətə belə bir təklif edilib ki, peyvənd olunmayanları küçədə tutub "güllələsinlər". Bu barədə bir qrup infeksionist -həkim Müsəlman Cəmiyyətinin rəhbərinə müraciət göndəriblər. Onlar insanların bu üsulla məcburi peyvəndləməyə cəlb edilməsi üçün icazə istəyirlər.
Belə ki, peyvənddən imtina edənləri distansion peyvənd etmək üçün xüsusi atıcı vasitədən istifadə ediləcək. Bu drotikdən vəhşi heyvanların vurulub yuxuya verilməsi üçün istifadə edilir.
Belə ki, tapançadan inyeksiya atılaraq, hədəf yuxuya verilir. Bu metodla peyvənd olunmayanları güllələyib, həmin inyeksiya ilə covid peyvəndi vuracaqlar.
Hesab edilir ki, xüsusi qruplar elə küçədəcə həmin insanları bu metodla məsafədən peyvənd edəcəklər.
Bu radikal addıma səbəb cəmiyyətin kritik vəziyyətdə olmasıdır, milyonlarla insanın həyatı təhlükə altındadır.
Əgər bu ideya təsdiqlənsə, şəhər küçələrində vaksin ovçuları peyda olacaq. Arbaletlə silahlanmış tibb işçiləri insanları vaksin gülləsi ilə vuracaq.
Dini rəhbər bu məsələylə bağlı fətva verəcəyinə söz verib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin