Azərbaycanda 12 yaşlı qız evləndirildi - 2 il sonra ikinci hamiləliyini yaşadı
25 Noyabr 2024
20:26 - 12 Avqust 2021
Gürcüstanda ağır epidemioloji vəziyyət səbəbindən avqustun 14-dən etibarən bir sıra məhdudiyyətlər tətbiq olunacaq.
Manşet.az xəbər verir ki, məhdudiyyətlər üç həftə ərzində - sentyabrın 4-dək qüvvədə saxlanılacaq.
Dövlət Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Qadağa şəhərlərarası nəqliyyata şamil edilməyəcək.
Həmçinin ölkə üzrə festivallar, əyləncəli tədbirlər və idman yarışları qadağan olunacaq, uşaq əyləncə mərkəzləri bağlanacaq.
Qida müəssisələrinin fəaliyyətinə saat 23:00-dək icazə veriləcək.
Koordinasiya Şurası dövlət qurumlarına əməkdaşlarını imkan daxilində distant iş rejiminə keçirməyi tapşırıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin