Fəhlə binadan yıxılaraq öldü - Qubada dəhşətli hadisə

20:22 - 12 Avqust 2021

Fəhlə binadan yıxılaraq öldü - Qubada dəhşətli hadisə

Quba rayonun fəhlə işlədiyi binada faciəvi şəkildə ölüb.

Manşet.az xəbər verir ki, bədbəxt hadisə şəhərin Əliqulu Nərimanov küçəsində qeydə alınıb.

İlkin məlumata görə, tikilidə fəhlə işləyən Quba şəhər sakini,1967-ci il təvəllüdlü Elman Məcnun oğlu Abbasov yıxılaraq ölüb.

Hadisə yerinə Quba Rayon Prokurorluğunun əməkdaşları gələrək zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirir.

Qeyd edək ki, bir neçə ay bundan öncə də həmin binada fəhlə elektrik enerjisi vurması səbəbindən ölüb.


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin