XİN-dən İsfəndiyar Vahabzadənin fikirlərinə reaksiya

16:02 - 11 Avqust 2021

XİN-dən İsfəndiyar Vahabzadənin fikirlərinə reaksiya

“İsfəndiyar Vahabzadə fəaliyyətində olan nöqsanlarına görə dövlət başçısı tərəfindən 2016-cı ildə səfir vəzifəsindən azad edilib”. 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən İ.Vahabzadənin Rusiya ilə bağlı çıxışı haqda suala cavab olaraq bildirilib. 

“Belə olduğu təqdirdə, Xarici İşlər Nazirliyi və ya digər dövlət orqanını təmsil etmədiyi üçün XİN olaraq onun fikirlərini şərh etməyimiz düzgün olmazdı”, - deyə açıqlamada qeyd olunub. 

Qeyd edək ki, Azərbaycanın Belarusdakı keçmiş səfiri İ.Vahabzadə yutub hesabında Rusiya ilə bağlı müzakirələrə səbəb olan çıxış yayımlayıb.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin