“Location” klubdakı partlayışa görə HÖKM OXUNDU

17:57 - 6 Oktyabr 2022

“Location” klubdakı partlayışa görə HÖKM OXUNDU

Bakıda 4 nəfərin ölümü ilə nəticələnən “Location” klubdakı partlayışla bağlı məhkəmə yekunlaşıb.

 

Manset.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, klubun meneceri Orxan Səfərli 4 il, administrator Rəsul Rəsulov 5 il, FHN-in ərazi inspektoru Ruslan Məmmədov 4 il müddətə azadlıqdan məhrum edilib. R.Məmmədovun cəzası şərti hesab edilərək o məhkəmə zalından azadlığa buraxılıb. Hökmdə qeyd olunub ki, O.Səfərli və R.Rəsulov cəzalarını məntəqə tipli cəzaçəkmə müsəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə bu il aprelin 3-də "Tarqovıy" adlanan ərazidə baş verib. Partlayış nəticəsində bir nəfər hadisə yerində, 3 nəfər isə sonradan xəstəxanada ölüb. 

Partlayışda 34 nəfər yaralanıb, 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə ziyan dəyib.

İstintaq müəyyən edib ki, obyektin mətbəxində qanunsuz olaraq, mövcud qaydaları pozmaqla propan qazının sıxılmış mayesi ilə dolu qaz balonundan istifadə edilib. Həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub. 


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin