Oğuzda narkotik becərən şəxs saxlanıldı - FOTO

09:55 - 11 Avqust 2021

Oğuzda narkotik becərən şəxs saxlanıldı - FOTO

Oğuz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı İrakli Kumsiyev saxlanılıb.

Onun şəhər ərazisindəki yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli çətənə bitkiləri aşkarlanıb və qablaşdırılaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitə istifadəçisi olduğunu və həmin çətənə bitkilərini bir müddət əvvəl becərərək xüsusi qulluq göstərdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.



Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin