Nazirdən əmək pensiyaları ilə bağlı ŞAD XƏBƏR
19 Noyabr 2024
17:07 - 4 Oktyabr 2022
Aparıcı Xoşqədəm Hidayətqızı məktəblilərin sosial şəbəkədə yayılan görüntülərinə münasibət bildirib.
Manset.az xəbər verir ki, aparıcı sinif otağında şagirdin məktəbli yoldaşı tərəfindən döyülməsinə qəti şəkildə etiraz edib.
Hidayətqızı orta təhsil müəssisələrində yaşanan bu xoşagəlməz haldan sonra uşaqlarının məkətəbə getməsindən narahat olduğunu deyib:
"Bu nə deməkdir, məktəbdə necə baş verib? O məktəbin direktoru, sinif rəhbəri, döyülən uşağın sinif yoldaşları baş verənləri görməyib? Elm və Təhsil Nazirliyi, az qala hər gün hansısa məktəbdə bir hadisə baş verir, belə məktəblərə uşaqlarımızı necə göndərək? Sinif otağında nə baş verəcək bilmirik. Hanı kameralarınız? Pul yoxdur? Bəlkə kameranı quraşdırmaq üçün valideynlərdən pul yığasınız? Bütün sinif otaqlarında kameralar olmalıdır, valideynlər izləməlidir! Varmı bizim məktəblərdə?
Uşaqlarım Türkiyədə yaş yarımlığından baxçaya getdi və Bakıdan belə hər saniyə izləmə şansım var idi. Zibil pulu, süpürgə pulu, nə bilim daha nə pulu yığan məktəblərdə bəlkə kamera pulu da yığasınız? Amma günahkar tək məktəb deyil, o döyənin, çəkənin valideynləri də günahkardır. Sevgidən yoxsun, mərhəmətdən uzaq böyüdülən uşaq bu cür olur! Çəkən də, döyən də məktəbdən xaric edilməlidir! Yazıqlar olsun!"
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin