Bu ayın sonundan Ağdama turlar təşkil olunacaq

15:18 - 10 Avqust 2021

Bu ayın sonundan Ağdama turlar təşkil olunacaq

“Dövlət Turizm Agentliyi tərəfindən Qarabağ turizm marşurutları konsepsiyası hazırlanır. Orada Ağdam və Füzuli-Xocavənd marşrutları üzrə turlar nəzərdə tutulur”. 

Manset.az xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sektor müdiri Elgün Cavadov  jurnalistlərin sualına cavab verərkən deyib. 

Onun sözlərinə görə, Ağdama turların avqustun axırında reallaşması planlaşdırılır:

“Əsasən ağdamlılar olmaqla, yaşlı nəslin nümayəndələrinin səfəri nəzərdə tutulur. Qiymət hələ müəyyən edilməyib, amma simvolik olacaq. Biletləri onlayn və oflayn əldə etmək mümkün olacaq. Füzuli-Xocavənd marşrutu üzrə turların gələn il həyata keçirilməsi nəzərdə tutulur”.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin