Türkiyənin müdafiə naziri Pakistana səfər etdi

13:13 - 10 Avqust 2021

Türkiyənin müdafiə naziri Pakistana səfər etdi

Türkiyənin müdafiə naziri Hulusi Akar Pakistana səfər edib.

Manset.az xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyinin saytı yayıb.

Bildirilib ki, Hulusi Akar Pakistanın müdafiə naziri Pərviz Xattak, müdafiə və istehsal naziri Zobaida Calal, Quru Qoşunları komandanı Qamar Caved Bajava ilə görüşəcək.

Məlumata görə, görüşlərdə iki ölkə arasında hərbi, təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunacaq.

Bununla yanaşı, Hulusi Akarın Pakistan rəsmiləri ilə Əfqanıstandakı son hadisələrlə bağlı fikir mübadiləsi aparacağı da gözlənilir.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin