Millimizin inzibatçısı intihar etdi

13:03 - 10 Avqust 2021

Millimizin inzibatçısı intihar etdi

Avqusun 8-i saat 01 radələrində Xətai rayonunda intihar hadisəsi baş verib. 

Manset.az xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, rayon sakini, 1991-ci il təvəllüdlü Mirzəyev Ramal Rafiq oğlu özünü yaşadığı mənzildə asaraq intihar edib. 

Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Fanat.az-ın məlumatına görə, R. Mirzəyev Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığmasının inzibatçısı kimi fəaliyyət göstərib.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin