BDU-nun dosenti vəfat etdi - FOTO
26 Noyabr 2024
20:06 - 29 Sentyabr 2022
Türkiyə enerji sahəsində xaricdən asılı olan ölkə olmasına baxmayaraq, bu sahədə ən önəmli ölkələrdən birinə çevirilib.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O qeyd edib ki, Türkiyə uzun müddət ərzində enerji sahəsində mərkəzə çevrilmək üçün önəmli layihələr həyata keçirib:
“Bu layihələr sayəsində Qərbi Avropa, Balkan ölkələri bizə, Azərbaycana ümidlidir. Azərbaycanın əhəmiyyəti artdı”.
Nazir Çavuşoğlu Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələri ərazisindən keçən Orta Koridorun aktuallığının artdığını, bu ölkələrin daha sıx əməkdaşlıq etməli olduqlarını da vurğulayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin