Gürcüstanda azərbaycanlı kişi həyat yoldaşını qətlə yetirdi

16:41 - 15 İyun 2021

Gürcüstanda azərbaycanlı kişi həyat yoldaşını qətlə yetirdi

Gürcüstanın Bolnisi rayonunun azərbaycanlıların yaşadığı Naxiduri (Arıxlı) kəndində qətl hadisəsi olub.

Manşet.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, iyunun 12-də 1971-ci il təvəllüdlü R.M. adlı şəxs mübahisə zəminində 40 yaşlı həyat yoldaşına fiziki təzyiq göstərib və nəticədə qadın huşunu itirib. O, xəstəxanaya çatdırılana qədər dünyasını dəyişib.

Qətli törədən şəxs “isti izlər”lə saxlanılıb.

Faktla bağlı ailə üzvünə ölümlə nəticələnən qəsdən ağır xəsarətlər yetirmə maddəsi üzrə istintaq aparılır. Saxlanılan şəxsi 6 ildən 9 ilədək həbs cəsazı gözləyir.


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin