Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ
21 Sentyabr 2024
22:51 - 24 Sentyabr 2022
Almaniya kansleri Olaf Şolts Ciddə şəhərində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə danışıqlar zamanı jurnalist Camal Qaşıqçının dörd il əvvəl öldürülməsi də daxil olmaqla, insan haqları məsələlərini müzakirə edib.
O, bildirib ki, “deyiləcək hər şey cavabsız qalmayıb”.
Manset.az xəbər verir ki, şənbə günü Şolts Körfəz ölkələri turu çərçivəsində Səudiyyə Ərəbistanına gəlib. Səfər zamanı onu iqtisadi nümayəndə heyəti müşayiət edir. Danışıqlarda diqqətin əsasən innovasiya və informasiya texnologiyaları, enerji və regional təhlükəsizlik məsələləri sahələrində əməkdaşlığın dərinləşdirilməsinə yönəldilməsi gözlənilir.
Xatırladaq ki, Ər-Riyadın siyasəti ilə bağlı tənqidi məqalələri ilə tanınan jurnalist Camal Qaşıqçı 2017-ci ildən ABŞ-da yaşayır və burada “The Washington Post”da yaılar dərc edirdi. O, 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna getdikdən sonra yoxa çıxıb. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının hakimiyyət orqanları jurnalistin münaqişə nəticəsində diplomatik nümayəndəliyin binasında öldürüldüyü barədə məlumat yayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin