Həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək

20:59 - 24 Sentyabr 2022

Həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək

Qızlar arasında həndbol üzrə 2023-cü il Avropa çempionatı Bakıda keçiriləcək.

 

Manset.az report-a istinadən xəbər verir ki, bununla bağlı qərar Lüksemburqda Avropa Həndbol Federasiyasının (EHF) İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Qitə çempionatı 2005-ci il təvəllüdlü qızlar arasında təşkil ediləcək.

Lükksemburqda həmçinin EHF-in XVI Konfransı və XV Konqresi keçirilir. Tədbirlərdə ölkəni Azərbaycan Həndbol Federasiyasının (AHF) vitse-prezidenti Orxan Abbasov təmsil edir.

Üç gün davam edəcək tədbirlərdə Avropa qadın həndbolunun hazırkı durumu, iştirakçı federasiyaların sayının artırılması, çimərlik həndbolunun inkişaf perspektivləri və digər məsələlər müzakirə olunur.


Xəbər xətti

8 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin