Nazirdən əmək pensiyaları ilə bağlı ŞAD XƏBƏR
19 Noyabr 2024
21:42 - 23 Sentyabr 2022
“Bugünkü gün narkotik həm xanımlar, həm də bəylər arasında geniş yayılıb. Bu gün hamı bununla mübarizə aparmalıdır. Kimsə qonşusunda narkotik satanı, çəkəni görür, amma bunu polisə bildirmir”.
Bu sözləri tanınmış idman ustası Kamil Zeynallı Tarix Əliyevin (Tolik) aparıcısı olduğu "Ümid ilə gəl" verilişində bildirib. O, əlavə edib ki, insanlar bu addımı qınaq obyekti olmamaq üçün edirlər:
“Bu addım narkomanlara sərf edir. O sözü camaatın beyninə yeridiblər ki, sən satsan filankəs olacaqsan.Bununla da, kiminsə ailəsinin bədbəxt olmasına göz yumuruq.Biz onları polisə bildirməliyik.Bir xanım zəng edib ki, Kamil müəllim siz paylaşandan sonra, məhləmizə polislər gəldi mənim ərimi də tutdular. Deyirəm ki, əksinə siz sevinin ki, sizin ərimizi tutublar.Deyir niyə?Cavab verirəm ki, bu yolda davam etsəydi, öləcəkdi yaxud da evinizdə nələrisə oğurlayıb satacaqdı. Deyirəm ona razı olacaqdınız? Deyir, yox. Onda siz şükür edin ki sizin əriniz tutulub.Gedib bir iki il yatacaq, bədəni təmizlənəcək. Özünə gələcək, qayıdacaq evinin içinə. Deməli qurban olduğum sizi istəyib, belə məsləhət görüb”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin