Azərbaycanda narkotik alverçisi avtomatla yaxalandı

11:16 - 23 Sentyabr 2022

Azərbaycanda narkotik alverçisi avtomatla yaxalandı

Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə istifadə etməkdə və qanunsuz olaraq saxlamaqda şübhəli bilinən rayon sakini Nizami İbrahimov saxlanılıb.

 

Manset.az xəbər verir ki, şəxsi axtarış zamanı ondan heroin aşkar olunub.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evə baxış zamanı isə oradan “AKM” markalı avtomat silahı da götürülüb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin