Rusiyadan Qazaxıstana keçmək istəyənlərin sayı artdı

10:48 - 23 Sentyabr 2022

Rusiyadan Qazaxıstana keçmək istəyənlərin sayı artdı

Qazaxıstan-Rusiya sərhədində ölkəyə daxil olmaq istəyən əcnəbilərin sayı artıb.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti yayıb. 

Məlumata görə, avtomobillər üçün nəzərdə tutulan 30 buraxılış məntəqəsi tam gücü ilə işləyir. Bu məntəqələrdən 4-də sərnişin və nəqliyyat vasitəsi axınının artması səbəbindən sıxlıq müşahidə edilir. 

Bildirilir ki, vəziyyətə xüsusi olaraq nəzarət olunur. 

Xatırladaq ki, Rusiyada sentyabrın 21-i elan olunan qismən səfərbərlikdən sonra ölkədən çıxmağa çalışanların sayı artıb. Ölkənin hava limanlarında son günlər üçün biletlər başa çatıb və Rusiyanın qonşu ölkələrlə quru sərhədlərində tıxaclar yaranıb.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin