Bu ölkə Rusiyada səfərbərlik əleyhinə olan qaçaqlara sığınacaq verəcək

10:42 - 23 Sentyabr 2022

Bu ölkə Rusiyada səfərbərlik əleyhinə olan qaçaqlara sığınacaq verəcək

Almaniyanın daxili işlər naziri Nensi Fazer bildirib ki, “qismən səfərbərlik” elan edilən Rusiyada hərbi xidmətə qoşulmaqdan imtina edənlər Almaniyadan sığınacaq üçün müraciət edə bilərlər.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Fazer bu barədə deyib: "Bir qayda olaraq, ağır təzyiq təhlükəsi altında olan fərari əsgərlər Almaniyada beynəlxalq müdafiədən istifadə edirlər. Vladimir Putin rejiminə cəsarətlə qarşı çıxan və buna görə də siyasi təqiblərə görə özünü böyük təhlükəyə atan hər kəs Almaniyaya sığınacaq üçün müraciət edə bilər”.
O, bildirib ki, Almaniya artıq aylardır təqib olunan və təhdid edilən rusiyalı müxalifləri qəbul edir.
"Putinə nifrət edən və liberal demokratiyanı sevən hər kəs Almaniyada bizə qoşula bilər", - ədliyyə naziri Marko Buşman bəyan edib.
 


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin