Kəmalə Əliisgəndər qızına “ARB 24”-də yüksək vəzifə verildi

07:57 - 23 Sentyabr 2022

Kəmalə Əliisgəndər qızına “ARB 24”-də yüksək vəzifə verildi

Tanınmış aparıcı, jurnalist Kəmalə Əliisgəndər qızına “ARB 24”-də vəzifə verilib.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, o, ARB 24-də “Xəbərlər” departamentində şef redaktor kimi fəaliyyətə başlayıb. Artıq aparıcı kollektivə təqdim edilib.

Xatırladaq ki,K.Əlisgəndər qızı 1995-2005-ci illərdə AzTV-də aparıcı, redaktor, müxbir, 2005-2016-ci illərdə ANS-də “Şirin çay”, “İç xəbər”, “Xəbərçi” layihələrində aparıcı, rəhbər, redaktor, müxbir, 2016-2017-ci illərdə “İnterAz” televiziyasında xəbərlərin baş redaktoru, 2018-ci ildən İTV-nin “Xəbərlər” departamentinin direktor müavini vəzifələrində vəzifələrində çalışıb.

O, 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin