"Qarabağ"ın rəqibi yeni müdafiəçi transfer ETDİ

18:34 - 22 Sentyabr 2022

"Qarabağ"ın UEFA Avropa Liqasının G qrupundakı rəqiblərindən olan Fransa "Nant"ı heyətini yeni futbolçu ilə gücləndirib.

 

Manset.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi "Mets" komandasından Fabyen Santonzu transfer edib.

26 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinin II turunda Bakıda "Nant"ı 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında V tur oyunu oktyabrın 27-də Fransada olacaq.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin