<

“Ümumdünya Avtomobilsiz Günü” ilə əlaqədar veloyürüş keçirildi - FOTOLAR

15:55 - 22 Sentyabr 2022

“Ümumdünya Avtomobilsiz Günü” ilə əlaqədar veloyürüş keçirildi - FOTOLAR

22 sentyabr  “Ümumdünya Avtomobilsiz Günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Bakı Nəqliyyat Agentliyinin, Azərbaycan Velosiped Federasiyasının, Azərbaycan Gənclər Fondunun nümayəndələrindən və Azərbaycan Könüllü Təşkilatları İttifaqının könüllülərindən ibarət 50 həvəskar velosipedçinin iştirakı ilə Abşeron Milli Parkı ərazisindəki yeni salınmış velosiped zolağında veloyürüş keçirilib.  

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Səyyarə Məmmədova Manset.az-a bildirib ki, veloyürüş ilk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.   

“Ekoloji təmiz nəqliyyat növlərindən istifadəni təşviq etmək, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək, insanlara sağlam həyat tərzini aşılamaq, eyni zamanda ekoturizmi təbliğ etmək məqsədilə keçirilən veloyürüşdə iştirakçılar əllərində üçrəngli bayrağımızı tutaraq 6 km-lik velosiped zolağını qət ediblər”.

S.Məmmədova onu da qeyd edib ki, ətraf mühitin mühafizəsinə həsr edilmiş “Ümumdünya Avtomobilsiz Günü”nün qeyd olunmasına ilk dəfə 1997-ci ildə Böyük Britaniyada başlanıb. Hazırda bu aksiyaya dünyanın 46 ölkəsindən 2000-dən çox şəhər qatılır.



Digər xəbərlər

Xəbər xətti

7 Dekabr 2022