Как предали одну из самых известных актрис СССР: печально
Семья погибла после того, как поймала рыбу в реке: какой ужас!

Azərbaycanda peyvənd olunmayanlara hansı qadağalar qoyulacaq? - AÇIQLAMA (VİDEO)

15:08 - 15 İyun 2021

Azərbaycanda peyvənd olunmayanlara hansı qadağalar qoyulacaq? - AÇIQLAMA (VİDEO)

Vaksinasiya genefondun təhlükəsizliyi məsələsidir.

Manşet.az  Real TV-yə istinadən xəbər verir ki, son günlər ölkəmizdə koronavirus pandemiyasına yoluxma sayında kəskin azalma müşahidə olunur.

Ötən günün statistikasına nəzər salsaq, aydın olar ki, son sutkada Azərbaycanda COVID-19-dan ölüm sayı qeydə alınmayıb.

Bu mənada, heç şübhəsiz, xəstəliklə mübarizədə müsbət dinamikanın nəzərə çarpmasında başlıca rolu məhz vaksinasiya oynayır.

Digər tərəfdən, ölkəmizə yeni növ koronavirus infeksiyasına qarşı müxtəlif şirkətlərə məxsus peyvəndlərin gətirilməsi vətəndaşlar üçün seçim imkanlarını genişləndirməklə bərabər, həm də vaksinasiyaya olan marağı daha da artırıb. Elə bu səbəbdəndir ki, paytaxt poliklinikalarında növbə gözləyənlər də yetərincədir.

Başqa sözlə desək, Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarına uyğun olaraq, vaksinasiya olunan vətəndaşlara verilən imtiyazlar da sözügedən prosesi sürətləndirən əsas məqamlardandır.

Qeyd edək ki,18 yaşdan yuxarı və əksgöstərişləri olmayan, habelə, vaksin vurdurmaq istəyən hər bir şəxs "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə, adıçəkilən xəstəlik əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidirlər.

Peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra isə ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur.


Xəbər xətti

6 Aprel 2025
Как предали одну из самых известных актрис СССР: печально
Семья погибла после того, как поймала рыбу в реке: какой ужас!
Стало известно почему в крокусе охрана не стреляла по убийцам
В сети появились фото жуткого убийства девочки школьником
Причиной трагической смерти девочка могло стать неудачное селфи
В России мать отправила "домашнее" видео с сыном мужчине
В Турции бабушку 80-ти лет осудили на 4 года из-за тапка: читать
Битцевский маньяк совершил намного больше убийств?!
Отсидевший маньяк Кожепаров сразу после тюрьмы дал интервью
И, конечно же, никто не знал: жуткие детали убийства школьницы

Ən son xəbərləri səhifəmizdən də izləyin