"Barselona"nın prezidenti Messinin yeni klubunu açıqladı - İldə 80 milyon manat ALACAQ

11:49 - 8 Avqust 2021

"Barselona"dan ayrılan argentinalı futbolçu Lionel Messinin Fransa PSJ-sinə keçəcəyi dəqiqləşib.

 

Manset.az xəbər verir ki, Fanat.az-ın məlumatına görə, bu barədə Kataloniya təmsilçisinin prezidenti Joan Laporta "Tuttomercatoweb" nəşrinə açıqlamasında deyib.

 

Funksioner 34 yaşlı hücumçunun Paris klubuna transfer olacağını təsdiqləyib: "Onun "Barselona"da qalmasını istərdim. Bunun üçün hər şeyi etdim. Amma alınmadı".

 

Qeyd edək ki, Lionel Messinin PSJ ilə 3 illik müqavilə imzalayacağı və illik 40 milyon avro qazanacağı bildirilib.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin