Biləsuvarda yol qəzası oldu - xəsarət alanlar var

17:15 - 7 Avqust 2021

Biləsuvarda yol qəzası oldu - xəsarət alanlar var

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az-ın məlumatına görə, hadisə Biləsuvar-Bəhramtəpə yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bərdə rayonunun Türkmən kənd sakini Sədaqət Novruzovanın idarə etdiyi "Hyundai Santa Fe" markalı minik avtomobili idarəetməni itirərək aşıb.

Nəticədə avtomobilin içərisində olan sərnişinlər - 1966-ci il təvəllüdlü Əsədova Cəmilə Hüseyn qızı, 1984-cü il təvəllüdlü Həsənova Qətibə Məhəbbət qızı və 2016-cı il təvəllüdlü Həsənzadə Tunar Rafayıl oğlu xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin