"Almaniya hazır olsun, Rusiya müharibəyə başlayır" - AÇIQLAMA
25 Noyabr 2024
09:05 - 6 Avqust 2021
Türkiyənin milli təhsil naziri, professor Ziya Selçuk vəzifəsindən azad olunub.
Manset.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.
Z.Selçuk işdən çıxmaqla bağlı əraziə yazıb. R.T.Ərdoğan onun ərizəsini qəbul edib.
Dövlət başçısının digər sərəncamı ilə professor Mahmut Özər milli təhsil naziri təyin edilib. O, bu təyinata qədər təhsil nazirinin müavini işləyib.
Professor Petek Aşkar, doktor Sadri Şensoy və professor Ahmet Emre Bilgili milli təhsil nazirinin müavinləri təyin ediliblər.
Qeyd edək ki, Mahmut Özer 1970-ci il mayın 5-də Türkiyənin Tokat bölgəsində anadan olub. 1992-ci ildə İstanbul Texniki Unversitetinin Elekrtonika və İnformasiya Mühəndisliyi fakültəsini bitirib. Sonrakı illərdə müxtəlif universitetlərdə təhsilin davam etdirib. 2018-ci il avqustun 8-də milli təhsil nazirinin müavinin vəzifəsinə təyin edilmişdi.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin