Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsi iki dəfədən çox artıb - Mikayıl Cabbarov

21:09 - 8 Sentyabr 2022

Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsi iki dəfədən çox artıb - Mikayıl Cabbarov

“Bu ilin ilk 7 ayı ərzində Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsi iki dəfədən çox artıb”.

Manset.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İsveçrənin Milli Günü münasibətilə keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, iki ölkə arasında uğurlu əməkdaşlıq dostluq münasibətlərinə və qarşılıqlı hörmətə əsaslanır.

M.Cabbarov onu da qeyd edib ki, birgə iqtisadi komissiya ölkələr arasında əlaqələrin inkişafı üçün əsas platformalardan biridir və Azərbaycan komissiyanın iclasını səbirsizliklə gözləyir.

“Azərbaycan İsveçrə şirkətlərini 44 günlük müharibədə qazanılmış qələbə nəticəsində yaranmış imkanlardan yararlanmağa dəvət edir”, - nazir əlavə edib.

Öz növbəsində, İsveçrənin Azərbaycandakı səfiri Muriel Peneveyre qeyd olunan görüşün ilin sonunda keçiriləcəyini bildirib.

“Geridə qalan 30 ildə Azərbaycan ilə İsveçrə arasında əlaqələr bir çox sahələrdə, o cümlədən iqtisadi, mədəni, turizm sahələrində inkişaf edib. Belə ki, İsveçrənin Azərbaycanda yeni əməkdaşlıq proqramı çərçivəsində maliyyələşdirdiyi layihələr iqtisadi və texniki əməkdaşlıq sahələrində əldə olunan nailiyyətlərə əsaslanacaq”, - səfir qeyd edib.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin