Qubada aqrotexniki qaydada narkotik yetişdirən şəxs saxlanıldı

15:17 - 5 Avqust 2021

Qubada aqrotexniki qaydada narkotik yetişdirən şəxs saxlanıldı

Quba Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində apardıqları əməliyyat-axtarış tədbirləri zamanı Quba rayon 1-ci Nügədi kənd sakini Fariz Ağayev saxlanılıb.

Manset.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən  verilən məlumata görə, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin evinə baxış zamanı narkotik vasitə hesab olunan qurudulmuş marixuana və əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisinin toxumları aşkar edilərək götürülüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində F.Ağayevin həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qaydada qulluq olunmuş 42 ədəd, yəni külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı istintaq aparılır.


Xəbər xətti

24 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin