Bakıda kişi arvadını qəsdən qətlə yetirdi

10:34 - 3 Sentyabr 2022

Bakıda kişi arvadını qəsdən qətlə yetirdi

Bakıda kişi arvadını qətlə yetirib.

Bu barədə Manset.az-a Nizami Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, sentyabrın 2-i saat 23 radələrində paytaxtın Nizami rayonu, M.Şərifli küçəsində 1995-ci il təvəllüdlü Ayşə Bayramovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Vüsal Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Ayşə Bayramovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Vüsal Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin