Suriyada Əsəd hərbçilərinin avtobusu partladı- ölən və yaralananlar var

16:50 - 4 Avqust 2021

Suriyada Əsəd hərbçilərinin avtobusu partladı- ölən və yaralananlar var

Suriyanın paytaxtı Dəməşq şəhərində Bəşşar Əsədə məxsus hərbçilərin mindiyi avtobusun partlaması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Manset.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Dəməşqdəki “Ikhbariya” dövlət televiziyası yayıb.

Bildirilib ki, hadisə avqustun 4-də səhər saatlarında Dəməşqin qərbində yerləşən Masakin əl-Hirs rayonunda baş verib.

Məlumata görə, partlayışa səbəb elektrik xəttindəki qısaqapanma olub. Partlayış nəticəsində sürücü ölüb, 3 nəfər yaralanıb.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin