“Karvan” restoranının qarşısında bıçaqlanma

16:18 - 4 Avqust 2021

“Karvan” restoranının qarşısında bıçaqlanma

Kürdəxanı qəsəbəsində 1990-cı il Oruc Maşayev qonşusu Gülbala Əmirovu münaqişə zəminində bıçaqlayıb.  

Manset.az-ın məlumatına görə, O. Maşayev Əmirova 3 bıçaq zərbəsi endirib. O, tutularaq istintaqa təhvil verilib.

Digər hadisə isə Sulutəpə qəsəbəsində, “Karvan” restoranının qarşısında olub.  Qəsəbə sakini  1998-ci il təvəllüdlü Zahir Mustafayev bıçaqlanıb. Z.Mustafayev ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Onun həmyerlisi və həmyaşıdı Rəmzi İsmayılov tərəfindən bıçaqlandığı məlum olub. R.İmsayılov tutularaq istintaqa təhvil verilib.

Həmçinin, Yeni Günəşli qəsəbəsi “AB” massivində də bıçaqlanma hadisəsi baş verib. Belə ki, 1993-cü il təvəllüdlü Qoşqar Xuduzadə münaqişə zəminində Orxan Mailovu kürəyindən bıçaqlayıb. 

Hazırda ilkin əməliyyat-axtarış tədbirləri davam edir. 


Xəbər xətti

24 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin