Bakıda xəstəxanada qadının ölümü ilə bağlı cinayət işi başlanıldı

01:37 - 9 İyun 2021

Bakıda xəstəxanada qadının ölümü ilə bağlı cinayət işi başlanıldı

Mayın 11-də Arzu Süleymanovanın “Azər-Türk Med” klinikasında keçirdiyi plastik əməliyyatdan sonra səhhətinin kəskin pisləşməsi nəticəsində yerləşdirildiyi Respublika Neyrocərrahiyyə Xəstəxanasında mayın 15-də ölməsi faktı ilə bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Manşet.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda iş üzrə zəruri istintaq hərəkətləri həyata keçirilir, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin