Gülşənə dəstək olduğu üçün tənqid edildi - FOTO

18:40 - 26 Avqust 2022

Gülşənə dəstək olduğu üçün tənqid edildi - FOTO

"Mənə Gülşeni paylaşdığım üçün yazanlar olub. Uğursuz açıqlamasını dəstəkləmədim. Bir sənətçi dostumun həbs olunacaq qədər ağır cinayət törətmədiyini və üzr istəməyinə baxmayaraq tutulduğu üçün yanında olduğumu dilə gətirdim".

Manset.az xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova sosial şəbəkə hesabında yazıb. O, ötən gün həbs edilən türkiyəli ifçaı Gülşəni dəstəkləməsiilə bağlı paylaşımını tənqid edənlərə cavab verib:

"Homoseksual, ya da dinimizi təhqir etdiyini yazırsınız. Mən Allahımı sevən, dinimə və bütün dinlərə sayğı duyan bir insanam. Təəssüf ki, biz çox da sevə bilmədiyimiz dünyada və hər şəkildə, hər şeylə, hər kəslə birgə yaşayırıq. O zaman bütün homoseksuallar və ya günahlandırdığınız, utandığınız şəxslər cəza alsın. Bəs o qədər qadın öldürülür, uşaqlara təcavüz edilir. Onlar niyə əllərini-qollarını sallayaraq gəzirlər? Etməyin, Allah eşqinə!”.

Qeyd edək ki, ifaçı "İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir" sözlərinə görə həbs edilib.

 


Xəbər xətti

19 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin