Pentaqon yaxınlığında atışma zamanı polis zabiti öldü

22:40 - 3 Avqust 2021

Pentaqon yaxınlığında atışma zamanı polis zabiti öldü

ABŞ-ın Müdafiə Nazirliyi – Pentaqon yaxınlığında baş verən atışma zamanı polis zabiti ölüb.

Manset.az xəbər verir ki, bu barədə CNN hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir.

Atışma çərşənbə axşamı Pentaqon kompleksindəki avtobus dayanacağında baş verib. Hadisə ilə əlaqədar sakinlər müvəqqəti olaraq yaşayış binasına buraxılmayıblar və bina müvəqqəti bloklanıb.

Qeyd edilir ki, ərazidə vəziyyət normallaşıb, lakin ən yaxın metro stansiyasına giriş hələ də bağlıdır.

Daha əvvəl WDVM telekanalı fövqəladə xidmətlərə istinadən hadisə zamanı bir neçə nəfərin xəsarət aldığını xəbər verib. İnsident metro stansiyasının yaxınlığında qeydə alınıb.


Xəbər xətti

27 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin