FHN-in yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınlarla mübarizəni davam etdirir - FOTOLAR

22:10 - 3 Avqust 2021

FHN-in yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınlarla mübarizəni davam etdirir - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını peşəkarlıqla davam etdirirlər.

Manset.az xəbər verir ki, artıq bir neçə gündür Türkiyə Respublikasının meşə yanğınlarının ciddi vüsət aldığı bölgələrindən olan Marmaris ərazisində fəaliyyət göstərən yanğınsöndürənlərimizin səyi ilə bir çox istiqamətlərdə meşə yanğınlarının genişlənməsinin qarşısı alınıb. Hazırda FHN-in yanğınsöndürmə qüvvələri yanğın ocaqlarının söndürülməsi üçün əməliyyat şəraitinə uyğun olaraq lazımi tədbirləri davam etdirirlər.

Qeyd edək ki, Azərbaycan fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevin rəhbərliyi altında Nazirliyin Marmaris bölgəsində olan yanğın-xilasetmə qüvvələrinin koordinasiyalı idarəetməsi təşkil olunub. Ölkə başçısının tapşırığına uyğun olaraq Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyəyə yola salınmış ikinci yanğın-xilasetmə qrupu isə sabah yanğınların söndürülməsi əməliyyatlarına başlayacaq.



Xəbər xətti

27 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin