Nail Kəmərlinin avtomobilinə hücum olundu - VİDEO

12:13 - 25 Avqust 2022

Nail Kəmərlinin avtomobilinə hücum olundu - VİDEO

Xeyli vaxtdır narkomaniya ilə bağlı videolar çəkən bloqer Nail Kəmərlinin avtomobilindən oğurluq edilib.

 

Manset.az xəbər verir ki, bu barədə bloqer sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, gecə saatlarında yaşadığı ərazidə park etdiyi “Niva” markalı avtomobilə naməlum şəxs və ya şəxslər hücum edib. Açar seçmə yolu ilə maşının qapısını açaraq oradan videoların çəkilişi üçün istifadə edilən “Canon” markalı fotoaparat oğurlanıb. Həmçinin avtomobilin maqnitafonu sındırılaraq yararsız hala salınıb.

N.Kəmərli əlavə edib ki, avtomobilə əlavə ziyan vurulmayıb. O, baş vermiş hadisənin narkomaniya ilə bağlı çəkdiyi videolarla əlaqədar olduğunu və onun fəaliyyətindən narahat olan qüvvələr tərəfindən törədildiyini bildirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Manset.az-a bildirib ki, oğurluq hadisəsi ilə bağlı şikayət daxil olub və araşdırma aparılır.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin