Faciəli şəkildə ölən gənc şəhidimizin yeganə qardaşı imiş - FOTO
8 May 2024
20:27 - 19 Avqust 2022
İsveçin Malmödəki ticarət mərkəzində atışma olub.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə polis öz saytında məlumat yerləşdirib.
Polis hadisə yerindədir, hadisə yeri mühasirəyə alınıb.
Ticarət mərkəzindən şahidlərin sözlərinə görə, naməlum şəxs qəfildən insanlara atəş açmağa başlayıb.
Qeyri-rəsmi məlumatlara görə, iki nəfər yaralanıb. Polisin keçirdiyi əməliyyat nəticəsində ticarət mərkəzinin yaxınlığında qatarların hərəkəti dayandırılıb.
Qeyd edək ki, Emporia, Skandinaviyanın ən böyük ticarət mərkəzlərindən biridir. Şəhər stadionunun və dəmir yolu vağzalının yaxınlığında yerləşir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin