NATO-nun baş katibi Türkiyəyə təşəkkür etdi

21:06 - 14 İyun 2021

NATO-nun baş katibi Türkiyəyə təşəkkür etdi

“Türkiyə üçün təhlükəsizlik tədbirlərinə dəstəyimiz artıb”.

Manşet.az  xəbər verir ki,  bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən NATO sammitindən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Y.Stoltenberq bunun tam olaraq tətbiq olunması üçün NATO-Türkiyə əlaqələrinin davam etdiyini vurğulayıb: “Suriyadan Türkiyəni vura və ya təhdid edə biləcək raket atışlarına qarşı ayıq-sayıq olmağa davam edirik. Müttəfiqimiz olan Türkiyəyə milyonlarla suriyalıya ev sahibliyi etdiyinə görə təkrar minnətdarlığımızı bildiririk”.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin