Amerikadan İrana SƏRT MESAJ

13:21 - 16 Avqust 2022

Amerikadan İrana SƏRT MESAJ

ABŞ İranla 2015-ci ildə imzalanmış nüvə sazişi ilə bağlı açıqlama verib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays verdiyi açıqlamada, ABŞ-nin Avropa İttifaqının sazişə xüsusi olaraq yenidən baxan “yekun” mətninə cavab verəcəyini söyləyib.

Bəyanatda bunun nə vaxt olacağı ilə bağlı məlumat paylaşılmayıb.

Prays, “Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) əməl etmək üçün qarşılıqlı fayda əldə etməyin yeganə yolu İranın JCPOA çərçivəsindən kənara çıxan qəbuledilməz tələblərdən imtina etməsidir. Biz bu müraciətləri çoxdan “mövzudan kənar” kimi xarakterizə etmişik” – deyə, bildirib.
 


Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin