Netanyahu İrana hücumun təfərrüatlarını açıqladı
19 Noyabr 2024
20:41 - 15 Avqust 2022
Müğənni Günel Zeynalova türk sənət musiqisinin “kralı” və “imperatoru” İbrahim Tatlıses ilə bağlı paylaşım edib.
Manset.az xəbər verir ki, müğənni sosial şəbəkə hesabında ona illər əvvəl Türkiyə şou-biznesinə qatılmaq üçün yardımçı olan sənətkarın restoranların birində səhnə aldığı videosunu yayımlayıb.
Sözügedən görüntülərdə Tatlısesin çıxışı zamanı Azərbaycandan və Zeynalovadan söz açdığı kadrlar əks olunub.
“Güneli də sevirəm, Azərbaycana da sayğılar. Bilirsiniz ki, iki bayraq, tək millətdir” – deyə İbrahim Tatlıses bildirib.
G.Zeynalova İ.Tatlısesin bu fikirlərinə “Mənəvi atam, mən də səni çox sevirəm. İki dövlət, bir millətik. Yaxşı ki, yollarımız kəsişib” sözləri ilə qarşılıq verib. (Bizim.media)
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin