“Türkiyədə yanğınsöndürənimizin ölüm xəbər yayıldı - Nazir müavinindən AÇIQLAMA

20:18 - 1 Avqust 2021

“Türkiyədə yanğınsöndürənimizin ölüm xəbər yayıldı - Nazir müavinindən AÇIQLAMA

Türkiyədə yanğınsöndürmə əməliyyatında iştirak edən Fövqəladə Hallar Nazirliyi əməkdaşı Emil Azadovun ölüm xəbəri yayılıb.

Fövqəladə Hallar Nazirinin müavini Etibar Mirzəyev  Manset.az-a açıqlamasında bildirib ki, bu barədə xəbər əsassızdır və həqiqəti əks etdirmir.

“Əməkdaşlarımız arasında yaralanan və dünyasını dəyişən yoxdur. Yanğınsöndürmə işləri davam etdirilir”, - deyə E.Mirzəyev bildirib. 

Qeyd edək ki, FHN-in yanğınsöndürmə qüvvələrinin 320 əməkdaşı Türkiyədə yanğınsöndürmə əməliyyatlarında iştirak edir. 


Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin