Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
22 Noyabr 2024
19:29 - 14 İyun 2021
AVRO-2020-də dördüncü oyun gününə start verilib.
Manşet.az xəbər verir ki, D qrupunda birinci tura yekun vurulub.
Şotlandiya doğma Qlazqoda Çexiyanı qəbul edib. “Hampden Park”da baş tutan oyunun ilk hissəsi şotlandların cüzi üstünlüyü şəraitində keçib. Lakin qapıçılara o qədər də çox iş düşməyib. Yalnız fasilə ərəfəsində çexlərin çərçivəyə ünvanladıqları ikinci zərbə qolla nəticələnib. Sağ cinahdan ötürməni başla dəqiq tamamlayan hücumçu Patrik Şik hesabı açıb.
Fasilədən sonra yenə çexiyalılar fərqlənib. Şik hissənin əvvəlində dublunu rəsmiləşdirib. O, mərkəz xətti yaxınlığından endirdiyi paraşüt zərbəsi ilə komandasının üstünlüyünü artırıb. Topa daha çox nəzarət edən böyük britaniyalıların oyunda dönüş yaratmaq istəyi nəticəsiz qalıb. Çexiyalılar turnirə inamlı qələbə ilə başlayaraq qrupda liderliyi ələ alıb.
Qeyd edək ki, qrupun dünən baş tutan ilk görüşündə İngiltərə Xorvatiya üzərində 1:0 hesablı qələbə qazanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin