Bakıda məşhur iş adamının meyiti TAPILDI - Görün harda/Yeniləndi(FOTO)

11:21 - 3 Avqust 2022

Bakıda məşhur iş adamının meyiti TAPILDI - Görün harda/Yeniləndi(FOTO)

“Şəxs indi ölməyib, hadisə iyulun 24-də baş verib”.

 

Manset.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Baş Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə deyib.

O, faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparıldığını diqqətə çatdırıb:

“Yasamal rayonu, Hüseyn Cavid prospekti 85 ünvanında yerləşən “Kiğılı” geyim mağazasının əməkdaşı olduğu dəqiqdir. Anbar otağında tapılıb, hazırda ölümün səbəbini müəyyən etmək məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib. Ekspertizanın nəticəsi isə 20 günə müəyyənləşəcək”.

 09:47

“Ölən şəxs bizim filial müdiri deyil, yalan məlumatdır”.

Manset.az xəbər verir ki, bunu Oxu.Az-a “Kiğılı” geyim mağazasından bildiriblər.

“Binada belə hadisə baş verib və burada bir neçə mağaza var. Yəni hadisənin “Kiğılı” ilə əlaqəsi yoxdur. Şəxsin isə hansı müəssisədə işlədiyini bilmirik”, - deyə məlumatda qeyd olunub.

09:10

Bakıda məşhur mağaza şəbəkəsinin filial müdirinin anbarda meyiti tapılıb.

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Yasamal rayonu, Ə. Haqverdiyev küçəsi, 566-cı məhəllə ünvanında yerləşən “Kiğılı” geyim mağazasında qeydə alınıb. Belə ki, “Elmlər” filialının mağaza müdiri olan 1991-ci il təvəllüdlü Rəşid Əliyev anbarda ölü tapılıb.

Onun hansı şəraitdə və hansı səbəbdən vəfat etməsi hələlik məlum deyil, faktla bağlı araşdırma aparılır.



Xəbər xətti

1 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin