Aparıcı Jalə Həsənli: Bu xəbərə görə hələ də məni görəndə gözləri dolan insanlar var

18:33 - 2 Avqust 2022

Aparıcı Jalə Həsənli: Bu xəbərə görə hələ də məni görəndə gözləri dolan insanlar var

İctimai Televiziyadan bir müddət əvvəl ayrılan Jalə Həsənli bu telekanalın onun həyatındakı rolundan bəhs edib.

Manset.az xəbər verir ki, Tv fəaliyyəti dövründə unuda bilmədiyi hadisələri məhz bu kanalda yaşadığını qeyd edən J. Həsənli illərdir arzusunda olduğumuz qələbə xəbərinin ilk sədasını bu kanal vasitəsilə tamaşaçılara çatdırdığını diqqətə çatdırıb.

Bildirib ki, o xəbərdən 2 il keçsə də, hələ də məni görəndə qələbə xəbərini xatırlayıb gözləri dolan insanlar var.

"Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forum"nun moderatoru olmaqdan və Prezident İlham Əliyevin qarşısında çıxış etməkdən qürurlandığını bildirən aparıcı ən ağır efirinin isə Gəncə terroru zamanı olduğunu qeyd edib. Gecə yarısında səhərə kimi suflyorsuz, hazır mətnsiz efirdə olduğunu diqqətə çatdırıb.

Aparıcı J. Həsənli qazandığı uğurlara görə İctimai Televiziya rəhbərliyinə  öz təşəkkürünü bildirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, Bugün  Jalə Həsənlinin televiziyaya gəlişinin 10 ili tamam olur.


Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin