Pakistanın sabiq diplomatının qızının qətli bəzi ölkələrdə etirazlara səbəb oldu

21:54 - 30 İyul 2021

Pakistanın sabiq diplomatının qızının qətli bəzi ölkələrdə etirazlara səbəb oldu

İslamabadda Pakistanın sabiq diplomatının qızının meyiti tapılıb.

Manset.az xəbər verir ki, bu barədə "Reuters" bildirib.

Qeyd edilir ki, 27 yaşlı Nur Mukadamın qətlində onun dostu, ABŞ vətəndaşı və Pakistanın ən zəngin ailələrindən birinin üzvü Zahir Caffer ittiham olunur.

İstintaqın məlumatına görə, kişi qızı aldadaraq evinə çağırıb, onu orada iki gün saxlayıb, sonra isə amansızlıqla qətlə yetirib.

Pakistanın keçmiş səfirinin qızının ölümü Pakistanda, Cənubi Koreyada, Kanadada və ABŞ-da ictimai rezonans doğurub və kütləvi etirazlara səbəb olub.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin