Sabah bu rayonlarda qaz olmayacaq - XƏBƏRDARLIQ
19 Sentyabr 2024
17:50 - 30 İyul 2021
Lənkəranda itkin düşdüyü barədə məlumat verilən taksi sürücüsü - Lənkəran sakini, 1963-cü il təvəllüdlü İlham Cavadovun qətlə yetirildiyi məlum olub.
Manset.az xəbər verir ki, "Report”un xəbərinə görə, hüquq mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Saxlanılan şəxs qətlə yetirdiyi İ.Cavadovun basdırdığı yeri göstərib.
Hazırda prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirir. Meyitin ekshumasiya olunaraq aidiyyəti üzrə təhvil verilməsi gözlənilir.
Qeyd edək ki, Lənkəranda taksi fəaliyyəti ilə məşğul olan İ.Cavadov iyulun 25-dən etibarən yaxınları tərəfindən axtarılıb. Sonradan hadisə ilə bağlı polisə müraciət edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin