Moskvada əlcəkdən məcburi istifadə tələbi ləğv olunur

16:02 - 30 İyul 2021

Moskvada əlcəkdən məcburi istifadə tələbi ləğv olunur

Moskvada koronavirusla bağlı bir sıra məhdudiyyətlər yumşaldılır.

Manset.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Moskva şəhərinin meri Sergey Sobyanin qərarı ilə nəqliyyatda, mağazalarda və paytaxtın digər ictimai yerlərində məcburi olaraq əlcəkdən istifadə olunması ilə bağlı qayda ləğv edilib.

Bununla yanaşı, maska istifadəsi ilə bağlı rejim qüvvədə qalır. O bildirib ki, koronavirusa yeni yoluxma halları əhəmiyyətli dərəcədə azalmayınca maskalardan istifadə tələb olunacaq.

Qeyd edək ki, Rusiya paytaxtında maska və əlcəkdən məcburi istifadə ilə bağlı qaydalar 2020-ci ilin may ayında tətbiq edilməyə başlanılıb.


Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin