Sərxoş deputat polisi evindən yuxudan qaldıraraq öz obyektində döyüb - Hadisənin ŞOK DETALLARI

13:48 - 30 İyul 2021

Sərxoş deputat polisi evindən yuxudan qaldıraraq öz obyektində döyüb - Hadisənin ŞOK DETALLARI

İyulun 29-da Xaçmaz rayonunda deputat Eldəniz Səlimovun sərxoş vəziyyətdə Xaçmaz Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölməsinin əməkdaşı, polis baş leytenantı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsi faktının təfərrüatları məlum olub.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, hadisə Nabranda yox, Xaçmaz-Xudat yolunda, Tofiq Quliyev küçəsində “Samovar” restoranının yanında yerləşən və Eldəniz Vəliyevə məxsus olan “Starıy Dvor” adlı kafedə baş verib. Həmin kafeni Eldəniz Səlimovun xalası qızının əri Əfəndiyev Çingiz Nizami oğlu işlətsə də, kafe deputatın xalası qızı Əfəndiyeva Zülfiyyə Eldar qızının adına qeydiyyatdadır.


Hadisənin baş vermə təfərrüatı isə belədir.


Deputat Eldəniz Səlimov tərəfindən döyülən Zaur Mirzəyev bir müddt əvvəl “Starıy Dvor” kafesinə gələrək kafenin saat 00:00-dan sonra fəaliyyət göstərməməsini xahiş edib. Bununla bağlı pandemiya qaydalarının pozulduğunu, bunun qanunsuz olduğunu bildirib.
Hadisə baş verən gün gecə saat 00:45-də, deputat bir neçə dostu ilə bərabər özünə məxsus olan “Starıy Dvor kafesində pivə içərkən, deputat seçkiləri vaxtı tanıdığı Zaur Mirzəyevin atasına zəng edib. Onun oğlunun harda olduğunu soruşub. Polis nəfərinin atası oğlunun evdə yatdığını bildirib. Deputat Zaur Mirzəyevin atasına oğlunu təcili qaldırmağı və yanına gəlməsini tapşırıb. Bir qədər sonra Zaur Mirzəyev deputatın “Starıy Dvor” kafesinə gəlib və orda Eldəniz Səlimovun bir neçə dostu ilə pivə içdiyini görüb. Bu zaman deputat “Zaura sən bura gəlib, demisən ki, restoranı saat 12-dən sonra işlətməyin. Bilirsən də bu restoran kimindir.” Polis nəfəri qanunları izah edib və qanun çərçivəsində bunu tələb etdiyini bildirib. 


Bu zaman Deputat yerindən duraraq polisi sillələyib. Onu ağır söyüşlərlə təhqir edib. Zaur Mirzəyev ona “məni bura döymək üçün çağırmısız, siz vəzifəlisiz deyə, məni döyməlisiz”- deyə bildirib. 
Bundan sonra deputat daha da hiddətlənib və polisi daha ağır formada döyməyə başlayıb. Zaur Mirzəyev deputatdan onu buraxmağı xahiş etsə də, deputat polisdən əl çəkməyib. Tamam haldan düşən polis nəfəri daha sonra əynində olan gödəkçənin yırtılıb deputatın əlində qalmasından sonra qaça bilib. 


Hadisənin ən önəmli tərəfi  isə polis nəfərinin ayıq davranaraq bütün prosesslərin səs yazısını qeyd etməsi olub. Həmin səs yazısı hazırda sübut kimi təqdim edilib.


 


Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin